Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 12:09
"Rusiya beynəlxalq münasibətlərdə aparıcı rola malikdir və eyni zamanda, Azərbaycanın Şimal qonşusudur".
Sonxeber.net xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihə çərçivəsində Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya iqtisadi münasibətlərin əhəmiyyətli hissəsini kənd təsərrüfatı, energetika və turizm sahəsində olan münasibətlər təşkil edir:
"Bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına ikitərəfli münasibətlərin daha da yaxınlaşması ilə bağlı əhəmiyyətli səfəri olub. Ötən həftə Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkinin də Azərbaycana səfəri ikitərəfli münasibətlərdə də əhəmiyyətli rol oynayıb. İkitərəfli münasibətlərin artırılması üçün qarşılıqlı təmasların, səfərlərin, mütəmadi məsləhətləşmələrin keçirilməsi çox önəmlidir. Çünki iqtisadi münasibətlər dinamizmi tələb edir və ikitərəfli münasibətlərin artırılması potensialı hər iki dövlətdə böyükdür. İki dövlət arasında qarşılıqlı müəssisələrin yaradılması, həm əczaçılıq, həm avtomobil nəqliyyatı sahələrində, böyük loqistik layihələrin həyata keçirilməsində dövlətlərarası korparasiyaların birgə müştərək layihələri də gündəmdədir".