Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 13:26
Azərbaycan çempionatının Əvəzedici Komandalar arasında keçirilən yarışın bürünc medalı satışa çıxarılıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçu bürünc medalını auksion vasitəsiylə satmaq niyyətindədi. Bu barədə elan sosial şəbəkələrdəki auksion səhifələrindən birində yer alıb. Start qiyməti 1 manatdır.
Hələlik medala maraq böyük deyil və artım cəmi 6 manata qədər çatıb.
Medal 2010/2011-ci il mövsümünə aiddir. Elanda qeyd olunur ki, medal bürünc materialdan hazırlanıb. İstehsalçı "ARTHUS -BERTRAND DEPİUS 1803 PARİS"dir.