Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 14:32
"Şokdan hələ ayıla bilmirik. Səbəbsiz... Nə isə olar, nə isə gözlənilirdi deyim ki, yox. Qəfildən belə bir hadisə. Heç birimiz hələ özümüzə gələ bilmirik. Həmişə deyirdim "göz"ə inanmıram, qəbul eləmirəm. Artıq susuram!"
Sonxeber.net xəbər verir ki, bunu əməkdar artist Könül Kərimova oğlu Rəşadın ürəyində qəfil yaranan problemlə bağlı danışarkən deyib.
Xanım sənətçi oğlunun bu hadisədən bir neçə gün qabaq keçdiyi tibbi müayinədən tam sağlam çıxdığını bildirib:
"Elə bildim dünyanın axırı gəlib, qiyamətdir, sondur. Mən bu yükü qaldıra bilmərəm heç vaxt. Övladlarıma görə hər şeydən keçərəm. Başqa cür təsəvvür edə bilmirəm. Bir boğanaq idi, qəfil gəldi keçdi. Amma hələ də biz o şokdan ayıla bilmirik.
Mən bilmədim, məndən gizlədiblər. Başqa kanalda canlı yayımda verilişdə idim. Oynayıram, gülürəm, atılıram və çıxanda Cabbar müəllim zəng elədi ki, xəstəxanaya getmək lazımdır. Bilirdim Rəşadı evdə nasaz qoyub gəlmişəm. Dedim niyə gedək? Dedi "Gedək, gedək". Anlamadım, ağlıma gəlmirdi. Biz getdik, ora çatanda hamı orada idi. Mən xəstəxanaya çatana qədər hamısı da bir-birinə söz verib ki, heç nə olmamış kimi məni qarşılasınlar. Ona görə mənə adi gəldi. Gördüm ki, hamı heç nə olmamış kimi qəşəng qarşıladı məni. Hətta orada tibb bacılarına qəribə gəlmişdi ki, sakit gəldim, sakit getdim və onlara deyiblər ki, Könül xanımın xəbəri yoxdur. Əməliyyatı bilmədim mən. Amma təcili əməliyyat olunub. Adam nə qədər səhər 5-də, 6-da yatar?! Düzgün qidalanmamaq, siqaret və energetik içkilər... Rəşad məni gülə-gülə qarşıladı - "Mama mən yaxşıyam, hər şey yaxşıdır". Heç nə başa düşmədim. Sən demə əməliyyatdan çıxıb. Girmişəm yanına deyirəm ki, "Sözə baxmırsan, bax, indən belə sözə baxarsan". Amma bilmirəm ki, o, əməliyyat olunub. Evə gəlmişəm. Oradan məni gətiriblər evə, bir çay veriblər. Mənə dedilər "Bu gəldi keçdi, şükür elə, sevin. Bu möcüzədir". Sonradan bildim. Səbəb nə idi axı? Göz, nəfs...