Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya 1540 tullantı konteyneri gətirilib

Bakıya 1540 tullantı konteyneri gətirilib

Tarix: 17 Aprel 2019 12:28

Bakı. Samir Əli - Trend:

Bakıda bərk və qarışıq tullantıların təkrar emalı üçün Almaniya və Rusiya şirkətinin birgə istehsalı olan 1540 tullantı konteyneri gətirilib.

Trend-in məlumatına görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, ilkin olaraq konteynerlərdən 1200-ü rayonlar üzrə paylanılıb: "Birinci mərhələdə həmin konteynerlər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon icra hakimiyyətlərinə təhvil verilib. İkinci mərhələdə isə konteynerlər daha 3 rayona paylanılıb. Yaxın günlərdə əlavə olaraq 110 konteyner Bakıya gətiriləcək. Ayın sonuna qədər isə daha 125 konteyner Almaniyadan alınacaq".

İ.Kərimov konteynerlərin sayının tələbatdan asılı olaraq artacağını da əlavə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıya 1540 tullantı konteyneri gətirilib


RƏYLƏR