Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 17:20
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4 faiz artaraq 50 milyard 845,1 milyon manat təşkil edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, əhalinin hər bir nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 652,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalıb.