Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi barədə

Rusiya XİN Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi barədə

Tarix: 18 Dekabr 2019 17:50

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi məsələsi daim danışıqların gündəliyindədir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, bu mövzu aprel ayında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə müzakirə olunub:

“Görüşdə, həmçinin ATƏT Minsk qrupunun həmsədrləri iştirak edib. Görüş zamanı tərəflər bir-birilərinin ərazisində saxlanan şəxslərə onların yanına yaxınlarının buraxılması ilə bağlı qarşılıqlı əsasda tədbirlərin görülməsi ilə əlaqədar razılığa həlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Azərbaycan vətəndaşı və Ermənistan vətəndaşı öz vətənlərinə qayıdıb. Biz bu fövqəladə vacib addımı alqışlayırıq və bunu saxlanan şəxslərin vəziyyətlərinin yaxşılaşdırılması qismində ilk addım kimi qiymətləndiririk. Deyə bilərəm ki, digər saxlananlarla bağlı iş aparılır. Əgər razılıq əldə olunsa, biz, əlbəttə ki, bunu dəstəkləyəcəyik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya XİN Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ