Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 18:08
İngiltərədə arvadını amansızcasına döyərək öldürən 28 yaşlı Shaun Dysonın məhkəmədəki "8 kişi ilə cinsi əlaqədə olub" iddiası dəhşətə gətirib.
Sonxeber.net Haberler-ə istinadən xəbər verir ki, qorxunc olay bu ilin 23 iyun tarixində baş verib.
Proses dünən keçirilib. Şaunun öldürdüyü arvadı barədə dedikləri eşidənləri məəttəl qoyub:
"Özümü alçaldılmış və məhv olmuş hiss edirəm. Lusini və ailə həyatımızı düşündükcə içim parçalanır. Üstündən altı ay keçdi, amma hələ də yuxu imiş kimi gəzirəm".
Şaun proses zamanı arvadının fevral ayından bəri 8 kişi ilə cinsi əlaqədə olduğunu iddia edib.