Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 yaşlı qıza dəfələrlə təcavüz etdi, öldürməklə hədələdi - Azərbaycanda ŞOK OLAY

8 yaşlı qıza dəfələrlə təcavüz etdi, öldürməklə hədələdi  - Azərbaycanda ŞOK OLAY

Tarix: 18 Dekabr 2019 18:44

Bakıda azyaşlıya dəfələrlə təcavüz etməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Vüqar İsmayılov paytaxtın Nəsimi rayonunda 2010-cu il təvəllüdlü Ləman Əşrəfovaya (ad və soyad şərti verilib - red.) bir neçə dəfə təcavüz edib.

8 yaşlı qıza təcavüz

Belə ki, Vüqar İsmayılov ilk dəfə azyaşlıya 2018-ci ilin iyulunun əvvəllərində zorakılıq göstərib. O, küçədə oynayan Ləman Əşrəfovanı aldadaraq yaşadığı evə aparıb.

Azyaşlını içəri salan Vüqar İsmayılov ona qarşı evdə seksual xarakterli hərəkətlər edib. O, qızı soyunduraraq, onu əxlaqsız hərəkətlər etməyə məcbur edib.

Öldürməklə hədələdi

Daha sonra Vüqar İsmayılov qonşusunun qızana hədə-qorxu gəlib. O, baş verən hadisə barədə heç kimə deməməyi tapşırıb, dediyi halda, həm onun özünü, həm də valideynlərini öldürəcəyi ilə hədələyib.

Bundan sonra evi tərk edən qız Vüqar İsmayılovun əxlaqsız hərəkətləri barədə heç kimə bir söz deməyib. Qorxusundan susan qız növbəti dəfə Vüqar İsmayılovun zorakılıq hərəkətləri ilə üzləşib.

Azyaşlı ilə cinsi əlaqədə oldu

Növbəti dəfə Vüqar İsmayılov küçədə Ləman Əşrəfova ilə rastlaşıb. O, azyaşlı qıza hədə-qorxu gələrək yaşadığı evə gətirib.

Evdə qızı soyunduran Vüqar İsmayılov onu divanın üstünə uzandırıb. Sonra o, qızla təbii yolla cinsi əlaqədə olub. Bu hadisədən xəbər tutan azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Vüqar İsmayılov həbs edilib.


Etiketlər:  yaşlı qıza dəfələrlə təcavüz etdi öldürməklə hədələdi Azərbaycanda ŞOK OLAY


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ