Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 19:28
Dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 294 min 546 ton məhsul təhvil verilib.
Sonxeber.net xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz çoxdur. Keçən il dekabrın 18-dək 228 min ton pambıq tədarük olunmuşdu.
Bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Məhsulun 90 faizi kombaynlar vasitəsilə yığılıb.