Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşqi icazəsiz tərk etdi - ''Barselona''da qalmaqal

Məşqi icazəsiz tərk etdi - ''Barselona''da qalmaqal

Tarix: 18 Dekabr 2019 21:16

"Barselona"nın futbolçusu Arturo Vidal komandanın məşqini icazəsiz tərk edib.

Qol.az  ESPN-ə istinadən xəbər verir ki, hadisə dünən baş verib. Komandanın baş məşqçisi Ernesto Valverde çilili yarımmüdafiəçinin La Liqanın 10-ci turundan təxirə salınmış "Real"la matçda start heyətdə oynamayacağını bildirib. Bu qərara əsəbiləşən Vidalı komanda yoldaşları sakitləşdirməyə çalışıb. Amma buna məhəl qoymayan 32 yaşlı oyunçu məşqi vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi Feysbukda da izləyin!

 


Etiketlər:  Məşqi icazəsiz tərk etdi Barselonada qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ