Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 21:40
"Yandex" şirkətinin analitikləri 2019-cu ildə saytın axtarış sistemində ən çox adları yazılan şəxslərin siyahısını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, istifadəçilər Ukrayna Prezidenti Vladimir Zelenski, oyun dizayneri Hideo Kojima, ekoloq fəal Qreta Tunberq haqqında daha çox axtarış ediblər.
Adları mütəmadi axtarılanların siyahısında müğənni Billi Ayliş və tanınmış rusiyalı müxalifətçi Lyubov Sobol da var.
Vəfat edən şəxslərdən isə müğənni Yuliya Naçalova, reper Kiril Tolmatskiy və jurnalist Sergey Dorenkonun adları istifadəçilər tərəfindən daha çox yazılıb.