Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 07:44
Bakı. Trend:
BMT-nin Baş Assambleyası "nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və irqçiliyin, irqi diskriminasiyanın, ksenofobiyanın və bunlarla əlaqəli dözümsüzlüyün müasir formalarının eskalasiyasına imkan yaradan digər praktiki növləri" ilə mübarizə haqqında qətnaməni qəbul edib.
Trend-in məlumatına görə, sənədin qəbul olunmasının lehinə 133 ölkə səs verib.
Bildirilir ki, ABŞ və Ukrayna sənədin əleyhinə səs veriblər, Avstriya, Fransa, Türkiyə, Çexiya və Slovakiya da daxil olmaqla 52 ölkə isə səs verməmək hüququndan istifadə edib.
Bu il 60-dan çox ölkənin həmmüəllifi olduğu qətnamə dövlətləri "bütün müvafiq vasitələrlə, o cümlədən tələb olunduğu təqdirdə qanunvericiliklə irqi diskriminasiyanın bütün formalarını aradan qaldırmağa" çağırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin