Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 12:00
Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyevin dövründə "Papanin", "Xutor" adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. Ozamankı başçı bildirmişdi ki, metro tikintisi ilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.
Sonxeber.net xəbər verir ki, ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə əlaqədar olaraq diqqət mərkəzindədir. Çünki "Bakı Metropoliteni" QSC "Papanin" adlanan ərazidə şərti adı "B3" olan (şərti adı "B3" olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir - red.) stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.
Bəs yeni açılacaq stansiyanın ətrafındakı "gecəqondu" adlanan evlərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:
"Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla, söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. "Papanin", "Xutor" ərazilərindəki söküntülər böyük layihələrdir.