Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millidən gözoxşayan çıxış - Şəkillər

Millidən gözoxşayan çıxış  - Şəkillər

Tarix: 19 Dekabr 2019 13:40

14 və 15 dekabr tarixlərində Belçikanın Antverp şəhərində ənənəvi “GymGala” şousu təşkil edilib.

Qol.az xəbər verir ki, hər il olduğu kimi bu il də şouya müxtəlif gimnastika növləri üzrə dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları qatılıb.

İştirakçılar arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Komandamız artıq bir neçə ildir ki, gimnastika aləminin məşhur simalarının toplaşdığı bu şouya dəvət alırdı.

Narın Qurbanova, Veronika Qudis, Darya Sorokina, Məryəm Səfərova və Yelizaveta Luzandan ibarət qrup komandası tədbirin hər iki günündə 4000 nəfər tamaşaçının toplaşdığı Lotto Arenada öz gözoxşayan çıxışlarını nümayiş etdiriblər.

 




























Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Millidən gözoxşayan çıxış Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ