Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Milli Konservatoriyasında açıq ustad dərsi keçirilib

Azərbaycan Milli Konservatoriyasında açıq ustad dərsi keçirilib

Tarix: 19 Dekabr 2019 18:09

Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında vokal kafedrasının dosenti, əməkdar artist Anar Şuşalının tələbələri ilə açıq ustad dərsi keçirildi.

Milli.Az xəbər verir ki, təlim zamanı vokal sənətinin sirlərindən bəhs olundu, tələbələrin sualları cavablandırıldı.

Açıq ustad dersindən sonra Milli konservatoriyanın müəllim və tələbələrinin ifalarından ibarət konsert təqdim olundu. Ön sözlə  Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış etdi. Festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət kanalının direktoru Ramil Qasımov iştirakçıları salamlayıb, onlara uğurlar arzuladı, Azərbaycanda ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışdı. Konsertdə Azərbaycan və dünya klassik inciləri ifa olundu. Konsertdə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Zemfira İsmayılova, Aygün Zeynalova, Əliəhməd İbrahimov, Konservatoriyanın tələbələri çıxış etdilər


Etiketlər:  Azərbaycan Milli Konservatoriyasında açıq ustad dərsi keçirilib


RƏYLƏR