Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mobil telefonda oyun oynayan din xadimini cərəyan vurdu - FOTO

Mobil telefonda oyun oynayan din xadimini cərəyan vurdu - FOTO

Tarix: 19 Dekabr 2019 19:58

Tailandda bir buddist rahib mobil telefonda oyun oynayarkən vəfat edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb cihazın şarj etmək üçün elektrik cərəyanına qoşulu olmasıdır. 

49 yaşlı Fhra Ruanq Yot missionerlik üçün qonşu kəndə getdiyini bildirib. Lakin rahib öz məbədində gizlənərək siqaret çəkib, qəhvə içib. Bunları etmək isə buddist rahiblər üçün günah sayılır.

Üç gün sonra digər rahiblər qonşu kənddən dönərkən Fhra Ruanq Yotun onlarla birlikdə olmadığı məlum olub. Bundan sonra onu axtarmağa başlayıblar. Üç gün öncə vəfat edən rahibin çürüməyə başlayan cəsədi məbəddə tapılıb. 


Etiketlər:  Mobil telefonda oyun oynayan xadimini cərəyan vurdu FOTO


RƏYLƏR