Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 21:06
Uşaqların çoxunda müşahidə edilən miqrenin səbəbi yedikləri qidadan ola bilər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, türkiyəli uzman həkim Yasemin.T həmin qidalar və uşaqlarda miqren haqqında məlumat yayıb. Onun sözlərinə görə, pendir, şokolad, portağal, naringi və s. digər qidalar miqren təhlükəsini çoxladır.
Belə ki, ət, qatıq, qızartma və monosodyum qlutamat tərkibli hazır qidalar baş ağrısına səbəb olur. Xəstə uşaqların valideynləri bu qidaların onlarda baş ağrısı yaradıb-yaratmadığını test etməli və həmin qidalardan uşaqları uzaq tutmalıdırlar.
Həkimin sözlərinə görə, qrip kimi infeksiyon xəstəliklərə uşaqlarda adətən imtahan ərəfəsi yorğunluq, gurultulu səsli yerlər, görmə pozğunluğu, iqlim dəyişiklikləri, uzun müddət televizora baxmaq , kompüter istifadə etmək və s. kimi amillər də səbəb ola bilər.