Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ilə Çin arasındakı ticarət müharibəsində sülhün əldə olunması üçün razılığa gəlinib

ABŞ ilə Çin arasındakı ticarət müharibəsində sülhün əldə olunması üçün razılığa gəlinib

Tarix: 19 Dekabr 2019 22:20

ABŞ ilə Çin uzun müddət sürmüş ticarət müharibəsində sülhün əldə olunması üzrə razılığa gəliblər. Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı ticarət müharibəsi artıq dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurub. Bu barədə The Wall Street Journal saytı xəbər verib. İki ölkə arasındakı razılaşma hələki sənəd üzərində əldə olunub. Lakin razılaşmanın rəsmi şəkildə imzalanması artıq gələn aya gözlənilir. ABŞ prezidenti Donald Trump bu müqaviləni fenomenal adlandırıb.

"Biz, Çin ilə müqavilənin ilkin mərhələsini sonlandırdıq və danışıqlara müqavilənin ikinci mərhələsində 2020-ci ildəki seçkiləri gözləmədən tez bir zamanda başlayacağıq" - deyə Turmp bildirib. Qeyd etmək lazımdır ki, əvvəlki qərara əsasən ABŞ 15 dekabr tarixindən başlayaraq ümumi dəyəri 160 milyard dollar olan Çin məhsullarına görə əlavə dövlət rüsumu əldə edəcəkdi. Lakin ABŞ hökuməti həmin qərarı ləğv edib. Bundan əlavə olaraq ABŞ hökuməti ümumi dəyəri 120 milyard dollar olan Çin məhsulları üçün təyin edilmiş 15%-lik dövlət rüsumunu da iki dəfə aşağı salmağı söz verib.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, dəqiq şəkildə demək olar ki, Apple şirkətinin məhsullarının qiymətlərində artım olmayacaq. Çin hökuməti də ABŞ-a cavab olaraq təyin etmiş olduğu dövlət rüsumlarını ləğv edib. Qeyd etmək lazımdır ki, ABŞ-ın yeni qərarlarına cavab olaraq Çin hökuməti də ABŞ-dan olan məhsullara 6-10% dəyərində dövlət rüsumu təyin etmişdi. Bura əsasən avtomobillər və avtomobil hissələri daxil idilər.


Etiketlər:  ABŞ ilə Çin arasındakı ticarət müharibəsində sülhün əldə olunması üçün razılığa gəlinib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ