Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 00:38
"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun nümayəndələri 32 yaşlı hücumçunun agenti ilə əlaqə saxlayıb. "Barselona" argentinalı oyunçu ilə müqavilənin müddətini 2023-cü ilin iyununa qədər uzatmağı düşünür.
Qeyd edək ki, Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.