Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''The Economist'' Özbəkistanı ilin ölkəsi adlandırıb

''The Economist'' Özbəkistanı ilin ölkəsi adlandırıb

Tarix: 20 Dekabr 2019 00:46

"The Economist" jurnalı özünün "İlin ölkəsi" nominasiyasında Özbəkistanı apardığı islahatlar sayəsində daha çox irəliləyiş əldə edən dövlət adlandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "The Economist" nəşrinin saytında yerləşdirilib.

Cəzaların icra olunması üzrə ixtisaslaşmış "Jaslık" koloniyasının ləğvi, xarici jurnalistlərin ölkəyə buraxılması, kiçik biznesə rüşvət almaq məqsədilə edilən təzyiqlərin qarşısının alınması, üzvləri Mərkəzi Asiyanın müxtəlif ölkələrində yaşayan ailələrin birləşməsinə imkan vermək üçün sərhədlərin açılması Özbəkistanın yeni hakimiyyətinin əsas nailiyyətləri arasında yer alıb. Jurnal, həmçinin xarici mütəxəssislərin milli iqtisadiyyata yardım məqsədilə Özbəkistana dəvətini də yüksək qiymətləndirib.


Etiketlər:  Economist Özbəkistanı ilin ölkəsi adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ