Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın nümayəndələr palatası ölkənin Meksika və Kanada ilə ticari sazişinə razılıq verib

ABŞ-ın nümayəndələr palatası ölkənin Meksika və Kanada ilə ticari sazişinə razılıq verib

Tarix: 20 Dekabr 2019 04:48

Bakı. Trend:

ABŞ-ın nümayəndələr palatası ölkənin Meksika və Kanada ilə yeni ticari saziçinə (USMCA) razılıq verib.

Trend-in məlumatına görə, bu nümayəndələr palatasındakı səsvermə zamanı müəyyən olunub.

Sazişin leyhinə 385, əleyhinə isə - 41 nümayəndə səs verib.

Senatın sözü gedən sazişin təsdiq etməsinə dair səs verməsi gələn il keçiriləcək.

Respublikaçı konqresmen Maykl Makkolun sözlərinə görə, "USMCA" ölkə iqtisadiyyətinin möhkəmləndirilməsi və yeni iş yerlərinin açılması üçün "Amerika xalqının böyük qələbə"si deməkdir.

Şimali Amerika Azad Ticarət Sazişinin müddəalarına yenidən baxılması işləri 2017-ci ildə başlanıb və bir sıra qarşıdurmalarla müşayət olunub. Bura həmçinin ABŞ-ın Kanada və Meksikadan gələn mallara Donald Trampın administrasiyası tərəfindən tətbiq ediləcək rüsümlar xəbərdarlıqlarıda daxildir.

Yeni normaların qüvvəyə minməsi 2020-ci ilin iun ayında gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ nümayəndələr palatası ölkənin Meksika Kanada ilə ticari sazişinə razılıq verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ