Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 11:02
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov menecerliyə başlayıb.
Qol.az xəbər verir ki, Azərbaycan əsilli keçmiş futbolçu bunu yerli mətbuata açıqlamasında deyib. O, artıq bir neçə müştərisinin də olduğunu bildirib: "Siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq".
Moskva “Spartak”ının yetirməsi olan Səmədov “Lokomotiv”, “Dinamo”, “Krılya Sovetov” klublarında çıxış edib. O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub.