Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 19:28
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq ən yaxşı seçilib. O, səsvermədə komanda yoldaşı Aleksandr Lyakazett, "Çelsi"nin futbolçuları Ruben Loftus-Çik və Kepa Arrisabalaqanı qabaqlayıb.
Qeyd edək ki, Obameyanq "Ayntraxt"a 4:2 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb.