Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: ''Pambıqçılığın inkişafı həm çoxlu sayda yeni iş yerlərinin açılmasına, həm də vətəndaşların gəlirlərinin artmasına səbəb oldu''

Vüqar Rəhimzadə: ''Pambıqçılığın inkişafı həm çoxlu sayda yeni iş yerlərinin açılmasına, həm də vətəndaşların gəlirlərinin artmasına səbəb oldu''

Tarix: 20 Dekabr 2019 15:57

"Bu il Azərbaycanda 300 min tona yaxın pambıq yığılıb və bu, müstəqillik illərində rekord göstərici hesab olunur. Bu da onu göstərir ki, cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi islahatlar nəticəsində son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Elə Prezident İlham Əliyevin dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə diqqətə çatdırdığı məqamlar da isbatlayır ki, Azərbaycanda pambıqçılıq çox əməktutumlu və gəlirli sahəyə çevrilib".

Sonxeber.net xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev müşavirədə əldə olunan uğurlarla yanaşı, pambıqçılıq üzrə nəticə əldə etməyi bacarmayan rayonları da diqqətə çatdırdı və növbəti illərdə aşağı nəticələrin təkrarlanmaması üçün ciddi  tapşırıqlar verdi: "Dövlətimizin başçısı 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin zamanında pambıqçılığın çox sürətlə inkişaf etdiyini bildirdi. Hətta, 1979, 1980 və 1981-ci illərdə rekord səviyyədə pambıq yığılmışdı. Lakin çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində, xüsusilə də 1992-ci ildə hakimiyyəti silah gücünə ələ keçirmiş AXC-Müsavat cütlüyü dövründə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qurub-yaratdığı pambıqçılıq sahəsi demək olar ki, məhv edilmişdi. Həmin dövrdə əkin sahələrinin məhv edilməsi ilə yanaşı, zavod və fabriklər də dağıdılmışdı, satılmışdı. Təsəvvür edin ki, 1981-ci ildə Azərbaycanda pambıq tədarükü 1 milyon tona qalxmışdı. Lakin 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə bu rəqəm dəfələrlə aşağı düşmüşdü. Antimilli hakimiyyətin səriştəsizliyi ucbatından ölkədə total böhran, siyasi, hərbi, iqtisadi xaos hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic olmuşdu, kənd təsərrüfatı dağıdılmışdı. Ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyü Azərbaycanı sanki düşmən kimi dağıdır, parçalayır, məhv edirdi. Bunun nəticəsində də ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, ölkə inkişaf, tərəqqi yoluna qədəm qoydu. Məhz hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı sektorunda həyata keçirilən islahatlar nəticəsində pambıqçılıq sürətlə inkişaf etməkdədir. Pambıqçılığın inkişafı həm çoxlu sayda yeni iş yerlərinin açılmasına, həm də vətəndaşların gəlirlərinin artmasına səbəb oldu. Effektiv islahatlar nəticəsində 2015-ci illə müqayisədə ötən 4 il ərzində pambıq tədarükü təxminən 6 dəfə artdı".
"Reallaşdırılan islahatlar nəticəsində ümumən Azərbaycanın inkişafı daha da sürətlənib" deyən Vüqar Rəhimzadə əlavə edib ki, beynəlxalq reytinq agentlikləri ölkəmizin inkişafını yüksək dəyərləndirirlər: "Məsələn, bu yaxınlarda ABŞ-ın "U.S.News&World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb və bu reytinqdə Azərbaycan inkişaf səviyyəsinə görə 45-ci yerdə qərarlaşıb. Bununla yanaşı, Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir".
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə dövlət məmurlarına xəbərdarlıq edib. Prezident İlham Əliyev, həmçinin bədbəxt hadisələr zamanı yanğından zərər çəkmiş sahibkarlara da daha məsuliyyətli olmağı və sığorta əməliyyatları həyata keçirməyi məsləhət görüb: "Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əsas mahiyyəti ondan ibarət idi ki, sahibkarlar sosial məsuliyyətlərini anlamalıdırlar. Dövlət yalnız aztəminatlı vətəndaşlarına yardım edə bilər. İmkanı olan sahibkarlar isə öncədən tədbir görməli, obyektlərini, mallarını, mülklərini sığorta etdirməlidirlər".


Etiketlər:  Vüqar Rəhimzadə Pambıqçılığın inkişafı həm çoxlu sayda yeni yerlərinin açılmasına həm vətəndaşların gəlirlərinin artmasına səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ