Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valverdenin yerinə iki namizəd

Valverdenin yerinə iki namizəd

Tarix: 10 May 2019 20:08

“Barselona” bu mövsümün sonu istefaya göndərməyi planlaşdırdığı baş məşqçi Ernesto Valverdenin əvəzinə namizədləri müəyyənləşdirib.

Qol.az-ın İspaniya mətbuatına isitnadən yaydığı xəbərə görə, yeni vəzifəyə əsas namizədin Hollandiya millsinin  baş məşqçisi Ronald Kuman olduğu bildirilib. Futbol karyerası ərzində ardıcıl 6 mövsüm Kataloniya təmsilçisində oynayan 56 yaşlı mütəxəssisin klub üçün ən uyğun şəxs olduğuna qərar verilib.

Hollandiya millisi ilə müqaviləsi olan Kuman "Barsa"nın təklifini qəbul etməsə, “Ayaks”ın baş məşqçisi Erik Ten Haqla danışıqların başlanılacağı iddia olunub.

 


Etiketlər:  Valverdenin yerinə namizəd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ