Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gedib - VİDEO - FOTO

Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gedib - VİDEO - FOTO

Tarix: 20 Dekabr 2019 16:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gedib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.


Etiketlər:  Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gedib VİDEO FOTO


RƏYLƏR