Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Komandadan gedən futbolçular olacaq'' - Tərlan Əhmədov

''Komandadan gedən futbolçular olacaq'' - Tərlan Əhmədov

Tarix: 20 Dekabr 2019 22:22

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununundan (1:3, ilk oyun 0:1) sonra mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib: “Bilirdim ki, bu oyun daha ağır olacaq. Bu meydanda ilk dəfə məğlub olduq. İtkilərimiz vardı, Kamaranın da səhhətində problem ortaya çıxıb, həkimlər də səbəbi bilmirlər. Komanda məğlub olsa da, futbolçuların mübarizəsindən razı qaldım. Gənc futbolçular meydanda idi. Artıq bütün fikrimizi istirahətə və yeni ildə başlayacaq Premyer Liqanın qalan hissəsinə yönəldəcəyik. Bu da təcrübə oldu".

T.Əhmədiv qış fasiləsində komandada müəyyən dəyişikliklər olacağını söyləyib: "Bir transfer artıq tamamlanıb. Daha bir hücumçu axtarırıq. 2 yeni futbolçu olacaq, ola bilər 3 olsun. Amma eyni zamanda, komandadan gedən futbolçular da olacaq. Kimlərin gedəcəyini indi açıqlaya bilməyəcəm. Yaxın günlərdə bu barədə açıqlama veriləcək”.

 


Etiketlər:  Komandadan gedən futbolçular olacaq Tərlan Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ