Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə nə qədər sitrus meyvəsi yeyə bilərsiz? - Kimlər ehtiyatlıolmalıdır

Gündə nə qədər sitrus meyvəsi yeyə bilərsiz? - Kimlər ehtiyatlıolmalıdır

Tarix: 20 Dekabr 2019 23:57

Yeni il öncəsi insanlar mandarin, kivi, banan, portağal kimi sitrus meyvələrini bol qəbul edir. Bu həm bayramla bağlı, həm də onlarda C vitamini olduğunu düşünüb orqanizmi gücləndirmək niyyətilə bağlıdır.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, dietoloqlar gün ərzində sitrus meyvəsi normasını açıqlayıb.

Sağlam, böyük insan gündə cəmi 3 ədəd mandarin yeyə bilər. Əgər ürəyi çox istəyirsə, yalnız 5 saatdan sonra 1-2 ədəd də yemək olar.

Gün ərzində bir portağal kifayətdir.

Sitrus meyvələrinin özünü yemək şirəsini içməkdən daha uyğundur. Çünki yalnız meyvədə lazımi maddələr olur.

Azyaşlı uşaqlara isə 1 mandarin, 1-2 portağal dilimi normadır.

Mədə-bağırsaq selikli qişasında problem olanlar, allergiyalı insanlar, diabet xəstələri hər gün sitrus yeməməlidir. Onlarda norma 2 dəfə azdır.
Meyvələrin şirəsini içdikdə qana qlükoza az sıçrayır.


Etiketlər:  Gündə qədər sitrus meyvəsi yeyə bilərsiz Kimlər ehtiyatlıolmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ