Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Tarix: 21 Dekabr 2019 12:16

Bakı. Trend:

Dekabrın 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə bildirilib ki, hərraca çıxarılan notların həcmi 170 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar yanvarın 23-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ