Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstandan gələn "Ford Transit"də pirotexniki vasitələr aşkarlandı

Gürcüstandan gələn

Tarix: 21 Dekabr 2019 14:27

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Transit" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin salonunda - torpedonın və salondakı döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən 4872 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gürcüstandan gələn Ford Transitdə pirotexniki vasitələr aşkarlandı


RƏYLƏR