Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metro stansiyalarının yaydığı xəstəliklər - ARAŞDIRMA

Metro stansiyalarının yaydığı xəstəliklər - ARAŞDIRMA

Tarix: 22 Dekabr 2019 12:14

Britaniyalı alimlər günümüzün aktual probleminə uyğun maraqlı araşdırmaya imza atıblar. Onlar iddia edirlər ki, ən uzaq metro stansiyada enənlər daha çox qrip virus və infeksiyalara yoluxub, tez-tez xəstələnir.

Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, elmi araşdırmanın nəticəsində məlum olub ki, mərkəzdə yaşayan insanlara nisbətən daha çox metrostansiya ilə yol gedib gələnlərin səhhəti arasında fərq var.

Bu paradoksal nəticəyə gəlmək üçün elm adamları Londonun müxtəlif uzaqlıqda rayonları və daha populyar metro marşrutları üzərində yaşayan insanların xəstəlik tarixlərini incələyib.

Hər gün London metrosundan 5 milyon insan istifadə edir. Məlum olub ki, virus və infeksiyalara daha çox metro stansiyası gedən insanlar tutulur. Mərkəzdən uzaqlaşdıqca xəstələnmə tezliyi də artır.

Daha uzaq yol gedib stansiyalardan stansiyaya, qatardan qatara keçid edən sərnişinlər isə daha çox risk altındadır.


Etiketlər:  Metro stansiyalarının yaydığı xəstəliklər ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ