Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 12:32
Bakı. Elçin Mehdiyev – Trend:
Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, bununla bağlı pozuntu halı aşkarlanarsa, MSK-ya məlumat verilməlidir:
MSK sədri vurğulayıb ki, hazırda 1000 məntəqə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaşanılmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin