Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 15:06
Əfqanıstanda sentyabrın 28-də keçirilmiş prezident seçkilərində ilkin hesablamalara görə, hazırkı Prezident Məhəmməd Əşrəf Qani liderdir. O, səslərin 50,64 faizini qazanıb. İkinci yer Abdullah Abdullaha məxsusdur.
Bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Alem Nuristani məlumat verib.
O deyib ki, səsvermədə 2 milyondan az vətəndaş iştirak edib. Çox sayda bülleten etibarsız hesab olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Əfqanıstanda 2001-ci ildə "Taliban" rejiminin süqutundan sonrakı dövrdə keçirilmiş dördüncü prezident seçkiləridir. Qeyri-sabit şəraitdə seçkilərin keçirildiyi gün törədilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub, 123 nəfər yaralanıb.