Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərişıq'' gücləndirilmiş rejimə keçdi - Hava ilə bağlı

''Azərişıq'' gücləndirilmiş rejimə keçdi - Hava ilə bağlı

Tarix: 11 May 2019 10:27

Bakı. Samir Əli - Trend:

Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması "Azərişıq" ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:

"Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almaq üçün çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti qeyri-sabit hava şəraiti ilə xəbərdarlıq edib. Əksər rayonlarda hava yağıntılı və küləkli keçir. Şimal-qərb rayonlarında dolu düşüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərişıq gücləndirilmiş rejimə keçdi Hava ilə bağlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ