Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu həkimlər 3 qitənin sakinlərinə pulsuz tibbi xidmət göstərir

Bu həkimlər 3 qitənin sakinlərinə pulsuz tibbi xidmət göstərir

Tarix: 22 Dekabr 2019 19:06

2006-cı ildən etibarən türk həkimləri üç qitənin 20 ölkəsində aztəminatlı ailələrə tibbi yardım göstərir. Məlumata əsasən, Türkiyə Asiya, Afrika və Avropada 13 ildə 46 dəfə "Sağlamlıq həftəsi" kampaniyası keçirib, bu müddət ərzində əhalinin az təminatlı təbəqəsi pulsuz məsləhətləşmə və müalicə ala bilib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bundan əlavə, Türkiyə həkimləri təcrübələrini dost və qardaş ölkələrdən olan həmkarları ilə bölüşürlər. "Sağlamlıq həftəsi" kampaniyası çərçivəsində türkiyəli həkimlər 5 min əməliyyat keçirib, 26 min məsləhətləşmə təşkil edib və xaricdə 5700 həkim yetişdirib. Yanvarın 29-dan 8-dək Türkiyə Səhiyyə Nazirliyi Daşkənddə "Səhiyyə həftəsi" kampaniyası və sağlamlıq mövzusunda Türkiyə-Özbəkistan iş forumu təşkil etmişdir. Kampaniya çərçivəsində türkiyəli həkimlər 13 il ərzində 143 əməliyyat, 446 konsultasiya və 794 özbək həkiminə təlim keçib.


Etiketlər:  həkimlər qitənin sakinlərinə pulsuz tibbi xidmət göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ