Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyadakı bütün böcəklər yox olsa nə olar?

Dünyadakı bütün böcəklər yox olsa nə olar?

Tarix: 22 Dekabr 2019 22:28

Böcəklər bir çox adam tərəfindən sevilməsə də dünyamız üçün olduqca əhəmiyyətli təsirləri var. İnanmaqda çətinlik çəksəniz belə tarakanların və ağcaqanadların belə dünyamıza faydalı olduğunu söyləyə bilərik.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, yeni bir elmi araşdırmaya görə, böcəklərin miqdarı narahatedici dərəcədə azalır və bu, önümüzdəki illərdə növlərin 40%-nin tükənməsinə yol aça bilər. Planetin böcəklər olmadan daha yaxşı bir yer olacağını düşünə bilərsiniz, ancaq gerçək budur ki, böcəklərin yox olması ekoloji xaosa səbəb olar.

Böcəklər, olduqca zərərli canlılar kimi görünür ola bilərlər, lakin ekosistemdəki əhəmiyyətləri çox böyükdür.

Qazanc məqsədi güdməyən bir ətraf mühit təşkilatı olan Earthwatch, planetdəki ən əhəmiyyətli canlı varlığın arılar olduğunu açıqlamışdı. Arıların etdiyi polen nəqliyyatı olmazsa dünyadakı əkinçilik məhsulları 30% nisbətində azalar və çiçəkli bitkilərin 90%-i yox olar.

Arılar, qida təhlükəsizliyi və bioloji müxtəlifliyin kilid nöqtəsi olmasına baxmayaraq sayları son 10 ildə 30% nisbətində azaldı və bəzi ölkələrdə yox olma həddinə çatdı. Bu növləri təhdid edən əsas faktorlar arasında isə, iqlim dəyişikliyi və kimyəvi maddələrin istifadəsi gəlir.

Ən nifrət edilən heyvanlar arasında ən çox rast gəlinən yəqin ki, tarakanlardır və bunun bir çox fərqli səbəbi ola bilər. Bu heyvanlar, xarici görünüşləri ilə yanaşı ayrıca bakteriya daşıyıcısıdır, allergiyaya səbəb olurlar. Ancaq var olan 3.500 növün yalnız 20 növü insanı narahat edən növlər olaraq bilinir.


Etiketlər:  Dünyadakı bütün böcəklər olsa olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ