Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 14:48
İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) hər hansı bir rəsmi şikayət daxil olmayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
R.Qasımiv bildirib ki, seçkilər rəvan şəkildə davam edir: "Hələ ki, biz narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. Qaynar xəttə müraciətlər daxil olur və bunlar da əsasən namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir və lazımi köməklik göstərilir".
MSK rəsmisi əlavə edib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir: "Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda, veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam etdirilir".