Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 15:12
Sosial şəbəkələrdə bəzi məntəqələrdə veb-kameraların işlək vəziyyətdə olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu məlumatı Azərbaycandan kənarda yaşayan bloqerlərdən biri yayıb: "Bu məsələ aydınlaşdırılıb. Səhv etmirəmsə, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub. Kamera görüntüləri istifadə olunmazdan əvvəl sistem yenilənməlidir. Amma bu, edilməyib".
M.Pənahov əlavə edib ki, hazırda seçki məntəqələrində 1000 veb-kamera var: "Onların hamısı işlək vəziyyətdədir. Özüm şəxsən əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nın fəaliyyətinə kölgə salmaq ücün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər".