Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 17:50
"Hər il olduğu kimi, bu il də payız və qış fəslində həm uşaqlar, həm də böyüklər arasında soyuqdəymə, mövsümi xəstəliklər çoxalıb".
Sonxeber.net bildirir ki, bunu APA-ya açıqlamasında baş pediatr, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində heç bir qorxulu yoluxucu xəstəliyin epidemiyası yoxdur: "Qarşılaşdığımız ancaq mövsümə uyğun xəstəliklərdir. Xəstəliklər çoxsaylı viruslardan olur, bunları hətta adenoviruslar, venaviruslar, qrip, paraqrip viruslar, rotaviruslar və s. kimi qruplaşdırırlar. İndi belə bir şayiə yayılıb ki, guya Bakıda koksaki virusları yayılıb. Koksaki virusları da dediyimiz həmin viruslardan olan enterevirusların bir növüdür. Koksaki Amerikada bir şəhərin adıdır, ilk dəfə həmin xəstəlik orada aşkarlandığı üçün belə adlandırılıb. Digər viruslarda olduğu kimi, koksaki viruslarına da yoluxmaq mümkündür. Dünyanın bütün ölkələrində, şəhər və bölgələrində bu xəstəliyə rast gəlmək olur. Amma bu gün respublika ərazisində koksaki virusuna yoluxma halları yoxdur".