Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 18:16
"İnter" İtaliya A Seriyasının 17-ci turunda "Genoa"nı məğlub edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən qarşılaşma "neradzurra"nın futbolçusu Samir Handanoviç üçün əlamətdar olub. Belə ki, "Genoa" ilə matçda qapısını toxunulmaz saxlayan 35 yaşlı qapıçı "İnter"lə A Seriyasında 100-cü "quru oyun"unu keçirib.
2012-ci ildən "İnter" forması geyinən Handanoviçin müqaviləsi 2021-ci ilin yayına qədərdir.