Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın ən yaxşı oyunçusu seçildi - Ardıcıl 2-ci dəfə

Rusiyanın ən yaxşı oyunçusu seçildi - Ardıcıl 2-ci dəfə

Tarix: 23 Dekabr 2019 20:52

Rusiyada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbərə verir ki, Rusiya Futbol İttifaqı və "Sport express" qəzetinin versiyasına əsasən, "Zenit"in hücumçusu Artem Dzyuba bu ilin ən yaxşısı seçilib. O, ardıcıl ikinci dəfə bu ada layiq görülüb. Bu münasibətlə ona gələn ilin yazında Rusiya "Qızıl top"u təqdim olunacaq.

Mükafata 2019-cu ildə Rusiya Premyer Liqasında və ölkənin hüdudlarından kənarda oynayan Rusiya millisinin oyunçuları namizəd idilər.

Qeyd edək ki, A.Dzyuba 2019/2020 mövsümümdə ölkə çempionatında 19 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib. O, hazırda Premyer Liqada ən yaxşı bombardirdir.

Xatırladaq ki, ilin ən yaxşı futbolçusunun seçimində 16 peşəkar məşqçi, 16 top-menecer, 16 jurnalist, həmçinin sport-express.ru saytında səs vermiş azarkeşlər iştirak edib.

 


Etiketlər:  Rusiyanın yaxşı oyunçusu seçildi Ardıcıl dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ