Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA "Arsenal" və "Çelsi" azarkeşlərinə bileti niyə az ayırıb?

UEFA

Tarix: 11 May 2019 16:16

UEFA-nın Avropa Liqasının finalı üçün “Arsenal” və “Çelsi” azarkeşlərinə yalnız 5800 bilet ayırmasının səbəbi məlum olub.

Qol.az “The Times” nəşrinə istinadən xəbər verir ki, Həydər Əliyev adına Beynəlxalq Hava Limanının gündəlik sərnişin qəbuletmə limitinin 15 min nəfər olması UEFA-nın London klublarının istədiyi qədər bilet ayıra bilməmsi ilə nəticələnib.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” 68 700 nəfərlik stadionda azarkeşlərinə məhdud sayda bilet ayrıldığı üçün UEFA-ya etirazını bildirib.

Xatırladaq ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
 


Etiketlər:  UEFA Arsenal Çelsi azarkeşlərinə bileti niyə az ayırıb


RƏYLƏR