Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada şəhər meri silahlı hücumun qurbanı olub

Meksikada şəhər meri silahlı hücumun qurbanı olub

Tarix: 24 Dekabr 2019 06:20

Bakı. Trend:

Meksikanın Oahaka ştatında silahlılar yeni il şənliyinin keçirildiyi binaya daxil olaraq insanlara atəş açıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı insident nəticəsində Halapa şəhərinin meri Arturo Velaskes, şəhər administrasiyanın əməkdaşlarından biri Xavyer Terrero həlak olub.

Digər ölən və yaralananlar barədə məlumat verilmir.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaçıblar. Hazırda onların axtarışları aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikada şəhər meri silahlı hücumun qurbanı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ