Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 08:12
"Apis Cor" şirkəti dünyanın ən böyük 3D çap binasının - Dubayda inzibati kompleksin inşasını bitirib. Bu haqda şirkətin mətbuat xidmətindən məlumat verilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, sahəsi 640 kv.metr və hündürlüyü 9,5 metr təşkil edən ikimərtəbəli bina bir ədəd 3D printerin köməyi ilə inşa edilib. Binanın tikintisində üç inşaatçı iştirak edib, onlar printerin işini izləyiblər və konstruksiyanın bəzi hissələrini əllə qurublar.
Binanın tikinti prosesi təxminən üç həftə çəkib.