Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

Tarix: 24 Dekabr 2019 12:12

Bakı. Trend:

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşdü.

xəbər yenilənəcək

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev saylı DOST mərkəzinin açılışında iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ