Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 12:48
Çeçenistan Prezidenti Ramzan Kadırov “Axmat” klubu ilə bağlı maraqlı açıqlama verib.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, komandanın yarımmüdafiəçisi Rizvan Utsiyevin heyətə necə düşməsinin səbəbləri haqda danışarkən deyib:
“Bəzi futbolçular məşqçilərlə münaqişə edirlər. Rizvan isə əsl vətənpərvərdir, Çeçenistan və futbol üçün ürəyi yanır. Rizvanı əsas heyətə mən gətirmişəm. Belə bir şərt qoydum ki, ya o oynayacaq, ya da pulu kəsirəm. Rizvan mənim edimadımı və dəstəyimi doğrultdu”.
Qeyd edək ki, 31 yaşlı Utsiyev “Axmat”da 200-dən çox oyun keçirib.