Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“TIME” son onilliyin 10 ən yaxşı video oyununu müəyyənləşdirib

“TIME” son onilliyin 10 ən yaxşı video oyununu müəyyənləşdirib

Tarix: 24 Dekabr 2019 15:18

“TIME” jurnalı son onilliyin on ən yaxşı oyunlarının reytinqini tərtib edib. “Grand Theft Auto V” (2013), “The Legend of Zelda: Breath of the Wild” (2017) və “Fortnite” (2017) oyunları ilk üç yeri tutublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, dekabrın 19-da dərc edilmiş reytinqə, həmçinin 2009-cu ildə çıxarılmış “League of Legends” oyunu daxil edilib. Oyun kiberidman üçün qızıl standarta çevrilib. “League of Legends” yarışları dünyada stadionları doldurur və daha çox tamaşaçı cəlb edir.

 

2011-ci ilin oyunu olan “Dark Souls” süjetin mürəkkəbliyinə görə onluğa daxil edilib. Jurnalistlər bildiriblər ki, bir çoxları oyunun qeympleyini köçürməyə cəhd etsə də, heç kim buna nail olmayıb.

 

Reytinqdə, həmçinin “Minecraft”, “Portal 2”, “The Elder Scrolls V: Skyrim” və “Pokémon Go” kimi oyunlar var.

 

Emil Hüseynov




Etiketlər:  TIME onilliyin yaxşı video oyununu müəyyənləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ