Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev İsveçrənin yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev İsveçrənin yeni Prezidentini təbrik edib

Tarix: 24 Dekabr 2019 15:33

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Simonetta Sommaruqaya təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Sommaruqa, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Yeni, 2020-ci ilin gəlişi münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı yetirirəm".


Etiketlər:  Prezident İlham Əliyev İsveçrənin yeni Prezidentini təbrik edib


RƏYLƏR