Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 23 faiz artıb

Bu il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 23 faiz artıb

Tarix: 24 Dekabr 2019 15:44

Qusar. Ceyhun Ələkbərov - Trend:

On ay ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı strateji əlaqələr birləşdirir.

Ş. Mustafayev qeyd edib ki, bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib və iki ölkə başçısının görüşləri baş tutub: "Bu görüşlərdə də iki ölkə arasında iqtisadi və siyasi inkişaf dinamikasi yüksək dəyərləndirilib. İki tərəfli əməkdaşlığın bir sıra sahələri müzakirə edilib".

Baş nazirin müavini əlavə edib ki, bu gün açılan körpü ticarət əməliyyatlarının genişlənməsinə imkan yaradacaq. Gömrük prosedurlarının sadələşdirilməsi və "Yaşıl dəhıiz" sisteminin işə salınması ticarət dövriyyəsini daha da genişləndirəcək.

Ş. Mustafayev vurğulayıb ki, bu ilin 10 ayında Şimal-Cənub marşrutu üzrə yüklərin daşınması 60%, Şimal-Qərb marşrutu üzrə isə yükdaşımaların həcmi 53% artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ