Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2019 20:48
"Əlbəttə ki, çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Qələbə qazanıb, xal fərqini azaltmaq istəyirdik. Amma alınmadı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında deyib. Matçla bağlı fikirlərini bölüşən italiyalı mütəxəssis Baqali Dabonun zədələnməsindən də danışıb:
"Dabo bizim üçün önəmli oyunçudur. Zədələnməsi komandaya mənfi təsir etdi. Onun əvəzinə meydana çıxan Namiq də yaxşı mübarizə apardı. Ancaq yenə də Dabonun zədələnməsinə üzüldük".